“Qarabağ” klubunun qış fasiləsindəki hazırlıq planı müəyənləşib.

Ağdam təmsilçisi dekabrın 24-ü “Zirə” ilə keçiriləcək Azərbaycan çempionatının 13-cü turundan sonra istirahətə yollanacaq. Çempion 2021-ci il yanvarın 7-də bir araya gələcək. Komandanın əvvəlcədən də məlum olduğu kimi təlim-məşq toplanışı Bakıda təşkil olunacaq. Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri çempionatın 14-cü turunda yanvarın 21-i “Səbail”lə qarşılaşacaq.